Komendant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Toca Residence şirkəti Komendant vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Binada ərazisində təmizliyi təşkil etmək və binanın içərisində təmizliyə nəzarət etmək;
  • Qapıların, pəncərələrin, kilidlərin, pərdələrin və s. Vaxtında təmir edilməsini təşkil etmək;
  • Öz yurisdiksiyasında əmlakın təhlükəsizliyini və saxlanmasını təmin etmək;
  • Mülkiyyətin mövcudluğunu qeyd etmək, dövri bir yoxlama aparmaq  və ləğvi üçün akt tərtib etmək;
  • Lazım olan inventar, məişət  xidməti əşyaları almaq, köməkçi işçilərə və təmizləyicilərə verib və müvafiq əməliyyat uçotunu aparmaq;
  • Sanitariya tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Sanitariya və yanğın nəzarətinin qeydləri kitabında lazımi qeydləri aparmaq;
  • Binanın ofis, yaşayış binasının istismarı ilə əlaqəli qərarlar, sərəncamlar, ali və digər orqanların digər tənzimləmə və normativ sənədlərinin saxlanılmasına cavabdehlik;
  • Əməyin təşkili əsaslarını, əmək hüququ,daxili əmək qaydaları,əməyin mühafizəsi qaydaları və normalarını bilmək və təmin etmək;
  • Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
  • Rəhbərin əmrləri, qərar və göstərişlərini icra etmək;
  • Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq;
  • Əmlakın uçotunu aparmaq, varlığını qəbul və çıxarma aktlarını tərtib etmək;
  • Kommunal ödənişlərin yığımına nəzarət;
  • Binada yerləşən su, qaz, istilik, elektrik enerjisi daimi fasiləsiz çatdırılmasının təşkili, ərazinin və bina daxili dəhlizlərin liftlərin təmizliyi, işıqlandırılması işini təşkil etmək, işləri daim nəzarətdə saxlamaq.

Tələb olunan göstəricilər:

  • Ali savadlı;
  • Operativ, məsuliyyətli, punktual və daim öz üzərində çalışan;
  • Rus dilində danışmağı bacarığı olan, ingilis dili bilməsi üstünlükdür;
  • Diqqətli, səliqəli, iqtisadi olmalı;
  • Müəyyən qədər mühasibat uçotunu  aparmağı bacarmaq;
  • İşçiləri idarə etmək bacarığına malik;
  • Ona həvalə olunan işin səmərəli icrası;
  • İcra, əmək və texnoloji intizamın tələblərinə uyğunluq;
  • Ona həvalə olunan ərazidə və ətrafında qanuna uyöunluqları  təmin etmək.

İş qrafiki: həftə içi  6 gün (saat 09:00-dan 18:00-dək)

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.

İş yeri : Azure Business Mərkəzi

Əmək haqqı: 700-800 AZN

Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ cv-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz müraciətlərə baxılmır!

Oxşar vakansiya siyahısı:

Videomonitorinq üzrə mütəxəssis

Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı