Qısa məzmun
Melissa Group Komendant vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
- Binalarda və ərazidə komendantlıq xidmətini həyata keçirmək.
- Bina və ərazidə təmizliyin təminatına nəzarət
- Yanğın təhlükəsizliyi və sanitar qaydalara riayət edilməsinə nəzarət etmək
- Sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması, həyata keçirilməsi
- Yaşayış kompleksində yerləşən su, qaz, elektrik enerjisi avadanlıqlarının, eləcə də liftlərin fasiləsiz işinin, işıqlandırmaya nəzarətin təmin edilməsi
- Yaşayış binasının yerləşdiyi ərazinin həyətinin yaşıllaşdırılması, yaşıllaşdırılmış əraziyə qulluğun təmin edilməsi.
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
- Sakinlərlə vaxtaşırı görüşlərin təşkili, problemlərin dinlənilməsi və həlli
- İş proseduru ilə əlaqədar olaraq sənədləşmə işlərinin əksiksiz həyata keçirilməsi
Namizədə dair tələblər:
- Yaş: 25 və üzəri
- Cinsi: kişi
- Təhsili: Ali
- Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
- Rus dilini bilməsi üstünlükdür
- Çevik və doğru qərar vermə bacarığı
- Rəhbərliyin vəzifə təlimatlarından irəli gələn tapşırıqlarının icrası
Əlavə məlumat:
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
- İş saatı: Növbəli iş qrafiki ilə 5 günlük iş həftəsinə uyğun olaraq təyin olunur
CV-lərinizi hr@melissagroup.az ünvanına “Komeandant” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.