Qısa məzmun
Aral Group Baku Komendant köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Yaşayış kompleksinin bütün binalarının kommunal-istismar təminatını həyata keçirmək;
- Yaşayış kompleksinin ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisi avadanlıqlarının, liftlərin fasiləsiz işləməsini, ərazinin və binanın işıqlandırılmasını təmin etmək;
- Kompleksin yaşıllaşdırılmış ərazilərinə qulluq olunması üçün bağbanların işinə nəzarət etmək;
- Yaşayış kompleksinin sakinləri ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfyyətlə həll etmək;
- Yaşayış kompleksinin sakinlərinin kommunal borclarını vaxtında ödəmələrini təşkil etmək;
- Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq.
Namizəddən tələblər:
- Orta və ya Orta ixtisas təhsili
- Yüksək səviyyəli təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
- Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
- Problem həlletmə və operativ qərarvermə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Komendant köməkçisi”, qeyd etməklə CV formalarını e-mail ünvanına göndərə bilərlər.