Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ricon MMC Kommersiya üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (iqtisadi, təchizat üzrə)
- Iş təcrübəsi: Azı 5 il iş təcrübəsi (Tikinti sektorunda azı 3 il təcrübə mütləqdir)
- Yaş: 25-50
- Dil bilikləri: Azərbaycan, Rus mütləq, ingilis arzuolunandır
- Kompüter bilikləri: Ofis proqramları, Outlook ,1C (8.3 əsas)
Vəzifə öhdəlikləri:
- Ümumi və fərqli seqmentlər üçün ticarət strategiyasının müəyyənləşdirilməsi;
- Güclü satış komandasının yaradılması və idarə edilməsi;
- Hədəflərin müəyyənləşdirilməsi və Performans göstəricilərinin qiymətləndirilməsi;
- Müştəri məmnuniyyətinin təmini üçün çarpaz satış mexanizminin təmini;
- Bazarlara giriş strategiyalarının hazırlanması və icrası kimi İxrac əməliyyatlarına rəhbərlik;
- Kommersiya şöbəsinin strateji planlaşdırması;
- Şöbə işinin keyfiyyətli təşkilatı, və müştəri xidmətinin yüksək keyfiyyətini təmin etmək ;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Müəssisədə satınalma prosedurunun qurulması (planlaması), idarəedilməsi və təkmilləşdirilməsi, strategiyasının hazırlanması, satınalma prossesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi, satınalmanın optimallaşdırılması;
- Biznesin inkişafı məqsədi ilə yeni təkliflərin hazırlanması və işlərin cəlb olunması;
- Biznes proseslərinin təkmilləşdirilməsi
- Respublikadaxili ve beynəlxalq, Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş tenderlərin izlənilməsi
- Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması; biznes partnyorlarla yazışmaların aparılması ve biznes əlaqələrin yaradılması;
- Büdcə gerçəkləşmələri və smeta hesablamaları standartlarının daha yüksək səviyyəyə və təsərrüfat fəaliyyəti üzrə normativ-texniki sənədlərə uyğunlaşdırılması məqsədi ilə şöbə rəhbərləri ilə birgə çalışmaq
- Keçirilən müxtəlif biznes tədbirlərdə iştirak etmək və şirkəti təmsil etmək;
- Şirkətin profili üzrə bazar araşdırmasının aparılması
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
- Keyfiyyətli məhsul istehsalı,standart və ya normativ aktlara uyğun xidmətlərin göstərilməsini təmin etmək
- Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “ Kommersiya üzrə menecer” qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...