Qısa məzmun
Enginet LLC Kommunikasiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması;
- Korporativ nəşrlərin (bülleten) hazırlanması;
- Daxili portalın idarə edilməsi;
- Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;
- Korporativ dəyərlərin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi;
- İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması;
- Şirkətin ictimaiyyətlə əlaqələr və daxili kommukasiyalar sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi;
- Tanıtım xarakterli mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsi, media hesabatların hazırlanması;
- Şirkətin rəsmi saytı üçün press-relizlərin və reklam mətnlərinin hazırlanması;
Namizədə verilən tələblər:
- Ali təhsil;
- Azərbaycan dili, rus dili və ingilis dili-əla (yazılı və şıfahi)
- Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
- MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
- Ünsiyyət qura bilmə bacarığı, müştəriyönümlülük, yaradıcılıq, analitik düşünmə, təqdimetmə bacarığı, təşkilatçılıq, təmsiletmə bacarığı;
İş qrafiki: 5 günlük
İstirahət günü: Şənbə, bazar günü
Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək
Müraciət qaydası:
CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “Kommunikasiya üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kopirayter Olivia (Kosmetika və özünə baxım)
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontent üzrə mütəxəssis
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...