Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Kompensasiya və müavinətlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əmək məcəlləsi üzrə dərin biliklər tələb olunur.
Vəzifə və Öhdəliklər:
- Şirkət üzrə aylıq əmək haqlarını, mükafat, əlavə iş saatları və tutulmalara dair məlumatları hesablamaq, Əmək Haqqı sisteminə (Protech) daxil etmək və ödənişi təmin etmək;
- Əlavə ödəniş və ya tutulmalara dair təqdim olan sənədləri yoxlamaq və ehtiyac yaranarsa, hesablamalara dair müvafiq funksiya rəhbərləri ilə aydınlaşdırıcı görüşlərin təşkil edilməsi;
- Hər bir əmək haqqı hesablanması dövründə əməliyyatların vaxtında və dəqiq yerinə yetirilməsi üçün iş prosesi təşkil etmək və idarə etmək;
- Əməkdaşın aylıq ödənişinə təsir edən bütün vergi və ya əmək qanunvericiliyi tələblərindən irəli gələn dəyişiklikləri araşdırmaq və həyata keçirmək;
- Əməkdaşın sorğularını araşdırmaq və onlara vaxtında cavab vermək;
- Tələb olunduqda əməkdaşların əmək haqqı ödənişlərini fərdi qaydada yoxlamaq;
- Müvafiq tapşırıq verildikdə və ya vəzifə öhdəlikləri ilə tələb olunduqda şöbə daxilində digər sahələr üzrə dəstək göstərmək;
- Əməkdaşların fəaliyyətinə təsir edəcək məmnuniyyət proqramlarının, benefit paketlərinin hazırlanması;
- Biznes hədəflərinə və strategiyaya uyğun olan Kompensasiya paketinin hazırlanması;
- Əməkdaşlara təqdim olunan məmnuniyyət proqramlarının və benefit paketlərinin gözləniltilərə uyğunluğunu yoxlamaq məqsədilə illik sorğuların keçirilməsi, yeni təkliflərin toplanılması, analızı və proses edilməsi, ümumi bazar araşdırmalarının aparılması;
- Əməkdaşların şirkətə bağlılığını və məmnuniyyəti artırmaq məqsədi ilə yeni motivasiya sistemlərinin araşdırılması, bazar analizinin təşkil olunması və təşəbbüslərin rəhbərliyə təqdim olunması;
- İllik əmək haqqı fonduna birbaşa nəzarət və büdcə istifadəsi üzrə müvafiq hesabatların tərtib olunması;
- Bütün məsələlərə münasibətdə məxfilik qaydalarına uyğun davranmaq.
Bilik və bacarıqlar:
- Əmək haqqının hesablanması üzrə iş təcrübəsi;
- Əmək haqqının hesablanması və əmək haqqından gəlir vergisinin tutulması ilə bağlı qanunları dərindən bilmək;
- Standart əmək haqqı/mühasibat uçotu anlayışları, təcrübələri və prosedurlarını yaxşı bilmək;
- Əmək məcəlləsi üzrə dərin biliklər;
- Yüksək səviyyədə excell bilirkləri.
BACARIQLAR:
- Dəqiqlik və məxfiliyi ən yüksək səviyyədə qoruyub saxlamaq;
- Müstəqil işləmək, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları;
- Yüksək peşəkarlıq səviyyəsi ilə aydın və qısa ünsiyyət qurmaq üçün tələb olunan mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Güclü etik dəyərlərə malik olmaq;
- Vaxt məhdudiyyəti şəraitində sərbəst işləyə bilmək;
- Əsaslandırılmış qərar verə bilmək bacarığı;
- Tapşırıqların yerinə yetirilməsində davamlı olaraq operativlik nümayiş etdirmək;
- Təzyiq altında işləmək və problemləri həll etmək bacarıqları;
- Komandada işləmək bacarığı
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...