Qısa məzmun
VTB Bank Komplayens üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (hüquq və ya maliyyə sahəsində);
- Stressə davamlılıq və tez qavrama qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Böyük həcmli məlumat və sənədlərlə işləmək bacarığı;
- Qərarlar qəbul edə bilmək, öz üzərinə məsuliyyət götürməyə hazır olmaq;
- Təcrübəli PK istifadəçisi (Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook).
Aşağıdakılara üstünlük veriləcək:
- Bankda antikorrupsiya komplayens sistemini qurma təcrübəsi;
- Korporativ hüquq, korporativ idarəetmə sahəsində iş təcrübəsi;
- Risklərin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Təşkilatda proseslərin və nəzarətlərin avtomatlaşdırılması sahəsində təcrübə;
- Hesabatlıq tərtib etmək, analitik iş, sənədlərlə işləmək (sənəd yaratmaq, müqayisə etmək, lokal normativ aktlara dəyişikliklər etmək) təcrübəsi.
Vəzifələr:
- Bankın tələblərinə uyğun olaraq daxili nəzarət prosedurları və daimi cari müşahidə prosedurlarına riayət olunmasının yoxlanılması;
- Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi);
- Daxili nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Komplayens məqsədləri üçün daxili normativ sənədlərinin (Əsasnamələr, Təlimatlar, Metodologiyalar və s.) yenilənməsi, dəyişikliklərin daxil edilməsi, təsdiqlənməsi və tətbiqi;
- Şirkətdə risklərin qiymətləndirməsinin aparılması və tənzimləyici risklərin aradan qaldırılması/azaldılması üçün tədbirlərin görülməsi;
- Yeni məhsulların işə salınması zamanı layihə sənədlərinin təhlili.
Şəxsi anket forması hr@vtb.az elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).