Kontent menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

JedAi Rəqəmsal Marketinq Agentliyi Kontent menecer vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Veb saytlara kontentin yerləşdirilməsi
  • Kontentin hazırlanması və tərcümə edilməsi
  • Şirkətin sosial media kanalları üçün paylaşım mətnlərinin hazırlanması və yerləşdirilməsi
  • Sifarişçilərdən məlumatların toplanılması və komandaya ötürülməsi
  • SEO-mütəxəssisdən tapşırıqların alınması və yerinə yetirilməsi
  • İş qrafikli: həftənin 1-5 günləri, saat 08:00-dan 17:00-dək
  • Göstərilən əmək haqqı başlanğıc üçün nəzərdə tutulub. Əgər seçilmiş namizəd yaxşı nəticələr göstərərsə, əmək haqqı pereodik olaraq artırılacaq
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdiririk
  • Birinci ay sınaq müddəti olacaq (ödənişli)

Ofis Koroğlu metro stansiyası yaxınlığında yerləşir, 5 nömrəli ASAN xidmətin üstündəki bina, Caspian Sport Plaza.

Namizədə tələblər:

  • Bu sahədə bir ildən artıq təcrübə
  • CMS-lər ilə işləmə bacarığı və təcrübəsi
  • İngilis və Rus dili bilikləri
  • Ofis proqramları ilə işləmə bacarığı
  • Adobe Photoshop proqramı ilə minimal səviyyədə işləmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Yaş həddi: 20-30
  • Yalnız xanımlar münaciət edə bilər

Əgər özünüzü bu vakansiya üçün uyğun bilirsinizsə, o zaman CV və portfolionuzu career@jedai.az ünvanına göndərin. Məktubun başlığında “Content Manager” yazmağı unutmayın!

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı