Qısa məzmun
Legaz.az Kontent menecer vəzifəsi üzrə vakansiya elan edir.
ƏSAS ÖHDƏLİKLƏR:
- Şirkətin korporativ saytının və şirkətin məhsullarına dair saytların məzmununun (kontentinin) vaxtı vaxtında hazırlanması və yenilənməsinin həyata keçirilməsi;
- Sayt və sosial şəbəkələr üçün hazırlanmış mətnlərin yazılması (kopiraytinq);
- Sayt və sosial şəbəkələr üçün vaxtaşırı kreativ həllərin təqdim edilməsi və tətbiqi, bu sahədə işləyən şirkətlərlə görüşlərin keçirilməsi;
- Səhifələr və sosial media hesabları üçün kontentin hazırlanması və idarə edilməsi;
- Məzmunun məqsədə, hədəfə uyğun hazırlanmasından, yenilənməsindən və silinməsindən məsuliyyətli.
TƏLƏBLƏR:
- Kreativ düşüncəyə sahib;
- Azərbaycan dili qrammatikası və orfoqrafiya qaydalarını mükəmməl bilən (ən az bir xarici dildə araşdırma qabiliyyəti olan);
- Texnolojı yenilikləri və sosial media trendlərini izləyən;
- Detallara diqqət yetirən.
İŞ ŞƏRAİTİ:
- Peşəkarlıq və karyera yüsəlişi üçün geniş imkanlar;
- Əmək haqqı müsahibə əsasında;
- İş qrafiki 5/2 09:00-dan 18:00-dək;
- Mobil danışıqlar üçün ödəniş.
Namizədlərdən CV-lərini mövzu bölməsində vəzifənin adı qeyd olunmaqla hr@legaz.az elektron ünvana göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...