Qısa məzmun
Libraff MMC şirkəti Kontent Üzrə Mütəxəssis vakansiyasını elan edir.
İş barədə məlumat:
“LIBRAFF” marketinq komandasına cavan, kreativ və aktiv sosial media istifadəçisi olan kontent üzrə mütəxəssis tələb olunur.
- Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq
- Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq
- Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək
- SEO-ya uyğun olaraq, məzmunu optimallaşdırmaq
- Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək
- Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb – etmək üçün yeni təkliflər vermək
- Qrafik: həftənin beş iş günü 09:00-dan 18:00-dək, istirahət günləri həftənin şənbə və bazar günləridir
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- Nahar: şirkət tərəfindən təmin olunur
- İş yeri: “Pullman” residences, M.Müşfiq küç.1C
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Namizədə tələblər:
- Azərbaycan, rus, ingilis dillərində mükəmməl yazı bacarığı
- Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi
- MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə
- SEO və veb trafik göstəriciləri üzrə bilik
- Aktiv sosial media istifadəçisi (+tik tok) olmaq üstünlükdür
- Kitab həvəskarı olması böyük üstünlükdür
- Detallara diqqətli olmaq
- Jurnalistika, marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür
- Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı
Vakansiyaya yuxarıdakı tələblərə uyğun olan yeni məzunlar da müraciət edə bilərlər
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...