Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Yaş: 21-35
  • Təhsil: Ali təhsil (tibbi biliklər arzuolunandır)
  • İş təcrübəsi: 1 ildən çox
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
  • Microsoft Office (Word, Excel, Power Point) proqramları, elektron poçtdan istifadə

Əsas vəzifə öhdəlikləri:

  • Cari və şirkətə ilk dəfə müraciət edən müştərilərlə iş (müştərilərlə kommersiya danışıqlarını aparmaq və məhsulların satışını təşkil etmək);
  • Şirkət daxili digər şöbələrlə müntəzəm işlərin aparılması (şikayətlərin araşdırılması, müqavilələrin hazırlanmasına nəzarət, hesabların/kredit notların /e-qaimələrin buraxılmasına nəzarət və sair).
  • Müştərilərlə, yerli və xarici brokerlər və vasitəçilərlə yazışmalar, danışıqlar aparmaq və görüşlər keçirmək;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək;

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı gross məbləğ: 555 azn – 784 AZN  (sığorta sahəsində təcrübəyə, həmçinin tibbi biliklərə əsasən təyin edilir)
  • Şirkət tərəfindən güzəştli nahar

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  ’’Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Tibb bacısı

Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

400 — 600 ₼
Əczaçı

AzəriMed QSC Əczaçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

05.11.2024 - Bakı