Layihələr üzrə koordinator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gravity Inc Layihələr üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Layihələrin idarəedilməsi və koordinasiyası üzrə minimum 3 il təcrübə;
  • Səlis Azərbaycan, ingilis və rus dili biliyi;
  • Bakalavr və ya daha yüksək dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması, marketinq və ictimaiyyətin idarə olunması ixtisaslarına üstünlük verilir);
  • Araşdırma və kreativ düşünmə qabiliyyəti;
  • Güclü inandırma və təqdim etmə bacarığı;
  • Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
  • Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
  • İşçilər, müştərilər, və vendorlar ilə düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi.

Vəzifə Öhdəlikləri:

  • Layihələrin hazırlanması, inkişaf etdirilməsi;
  • Verilmiş layihələrin tələb və məqsədlərinə uyğun olaraq icra planının, risk cədvəlinin və digər zəruri sənədlərin hazırlanması;
  • Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
  • Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
  • Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq öncəlik tədbirlərinin görülməsi;
  • Layihələrin monitorinqinin aparılması;
  • Hər bir layihə üzrə görülmüş işlərin gündəlik ətraflı hesabatının verilməsi;
  • Layihənin icrası zamanı layihə iştirakçılarının, iş icraçılarının layihənin bağlanmasını əks etdirən sənədlərin hazırlanması və təhvil-təslim prosesinin təmin edilməsi;
  • Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq.
  • İş rejimi: 6 gün, 10:00 – 19:00

Xahiş edirik müraciət zamanı CV ilə birlikdə müşahidə məktubunu da e-poçt vasitəsilə bizimlə bölüşəsiniz. Müşahidə məktubu göndərilməyən şəxslərin CV-nə baxılmayacaqdır.

  • Müşahidə məktubunda bu sualları əhatə etməyiniz xahiş olunur (max. 300 söz):
  • Nəyə görə bu vəzifə və şirkətlə maraqlanırsınız?
  • Layihələrin idarə edilməsində hansı müvafiq təcrübəniz var?
  • Sizi bu rola güclü uyğunlaşdıran hansı xüsusi bacarıq və keyfiyyətlərə sahibsiniz?
  • Tapşırıqları son tarixə əsaslanan mühitdə necə prioritetləşdirirsiniz?
  • Bir layihə üçün prosesləri və gedişatı necə uğurla idarə etdiyinizə dair nümunələr verə bilərsinizmi?
  • Uzunmüddətli karyera hədəfləriniz nədir və bu mövqe bu planlara necə uyğun gəlir?

CV-nin və müşahidə məktubununun Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihələr üzrə koordinator” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd və müşahidə məktubu olmayan şəxslərin məlumatlarına baxılmayacaqdır.

Oxşar vakansiya siyahısı:

650₼
İnzibati işlər üzrə kiçik mütəxəssis

A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

A-Group Insurance Company

08.01.2025 - Bakı

Sənədləşmə üzrə Mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssis

AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...

AR-metiz MMC

27.12.2024 - Bakı