Qısa məzmun
OBA marketlər şəbəkəsi Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi olmaqla mükəmməl səviyyədə), İngilis dili və Rus dili; əlavə dil bilmək arzuolunandır;
- Kompüter bilikləri: MS Office (MS Excel – orta);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Yaş: 35 yaşa qədər
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Reklam mətnlərinin, şüarlarının yazılması,
- Məqalələr, məhsul təsvirləri, sosial media və şirkətin veb səhifəsi üçün məzmunların hazırlanması,
- Reklam ssenarilərinin təklif edilməsi,
- Səhvlər və uyğunsuzluqların araşdırılması, mövzuya uyğun mətnin formalaşdırılması üçün kontent yazılması, korrektə və redaktə işlərinin aparılması,
- SEO yönümlü veb sayt kontentinin hazırlanması və bloqların yazılması,
- Bazar trendlərinin, yeniliklərinin izlənməsi və onların işdə tətbiqi,
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və mövcud məzmundakı boşluqları aradan qaldırmaq üçün yeni məzmun tövsiyyə etmək.
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Qeyd: Ezamiyyə halları mümkündür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kopirayter” yazaraq cv@oba.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kopirayter Olivia (Kosmetika və özünə baxım)
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontent üzrə mütəxəssis
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...