Qısa məzmun
Maffin Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Ali təhsil ;
- Azərbaycan və rus dillərində səlis danışma və yazma qabiliyyəti;
- Kreativ düşüncəli, Yaradıcı;
- Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
- Müxtəlif video kontentlər üçün ssenari, mətnlərin verilməsi
- Sosial media, və digər marketinq kanallarında məzmun yaratmaq bacarığı;
- Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün mətnlər hazırlamaq;
- Sosial Media üçün yaradıcı kampaniya təkliflərinin təqdim etmək;
- Kampaniyalar üçün sloqanlar düşünmək;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən;
Üstünlük verilir:
- Marketinq və ya uyğun sahədə 2-5 il iş təcrübəsi
- İngilis dili biliyi
İş barədə məlumat:
- Müştərilər üçün strategiyaların hazırlanması, kontent yaradılması və idarə edilməsi;
- Kreativ kontentlərin hazırlanmasında, nəticələrin təhlilində və mövcud imkanların müəyyən edilməsi, marketinq və satış şöbələri ilə əməkdaşlıq edilməsi;
- Komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
- Təkliflərin təqdimatının təşkil edilməsi və ona nəzarət edilməsi, nəticələr üçün təsdiqlərin əldə edilməsi.
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi
- İş saatı : Tam iş qrafiki – 5 gün (09 :00-18:00)
- İş yeri : Bakı şəhəri, Albert Aqarunov 14A (N.Nərimanov metro stansiyasının yaxınlığı)
- Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.
Müraciət etmək istəyənlər CV formanızı – info@maffin.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...