Qısa məzmun
Reprice Digital Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.
Biz vəd edirik:
- Şəhərin mərkəzində yerləşən ofisdə kreativ ab-hava;
- Ünsiyyətcil, gülərüz, yaratmaq eşqi ilə alışan komandanın üzvü olmaq;
- Qlobal brendlərlə işləmək;
- Müxtəlif layihələrdə öz potensialını göstərmək imkanı;
Biz istəyirik:
- Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə;
- Maraqlı portfolioya malik olmasını;
- Müstəsna yazı bacarığı. Azərbaycan və rus dillərində səhv etmədən maraqlı məzmun yazıb-yaratmasını;
- Detallara diqqət etməyini, deadline-larla işləməyi bacarmasını;
- Yeni trendləri və rəqiblərin fəaliyyətini izləməyini;
- Ünsiyyətcil, şən və zarafatcıl olmasını.
Tələblər:
- Məhsullar və brendlərin texniki xüsusiyyətlərini araşdırmaq;
- Unikal və yeni konsepsiyaları inkişaf etdirmək;
- Maraqlı ideyaları ərsəyə gətirmək üçün art-direktorlarla işləmək;
- Məzmun, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq;
- Sərbəst şəkildə axtarış və araşdırma etmək;
- Lazım olduqda və ya müştərinin şərhlərinə əsasən məzmunu yenidən nəzərdən keçirmək və düzəlişlər etmək;
- Gələn sorğulara vaxtında cavab vermək;
- Sıx tarixlərlə çalışmaq;
- Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq;
- Reklam kampaniyasını tam inkişaf etdirmək üçün media departamenti və production şöbəsi ilə işləmək;
- Yaradıcı qrup ilə həm vizual, həm də mətn üçün fərqli fikir və konsepsiyalar yarada bilmək;
- Məzmun hazırlanması üçün dizaynerlərlə işləmək.
Əgər axtardığımız düşünən beynin və yazan əlin sən olduğunu düşünürsənsə, CV və portfolionu “kopirayter” hr@mccann.az başlığı ilə e-mail ünvanına göndərə bilərsən. Portfoliosuz CV-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...