Kopirayter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Brendfoni Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.

Brendfoni birbaşa Azərbaycana çatdırılma edən Türkiyədən alış-veriş saytıdır. 700-dən çox marka və 200,000-dən çox marka ilə hazırda Azərbaycan bazarında fəaliyyət göstərən biznes yaxın gələcəkdə əvvəlki MDB ölkələrini əhatə etməyi hədəfləyir.

Brendfoni komandası davamlı olaraq genişlənməkdə və inkişaf etməkdədir. Uyğun olaraq, komandamıza davamlı olaraq mütəxəssislərin cəlb olunması və qarşılıqlı daimi inkişaf üçün fəal işlər aparılmaqdadır.

Görüləcək işlər:

  • Sosial mediada paylaşılması planlanmış postların ideyalarının yazılması;
  • Reklam mətnlərinin və sloqanlarının yazılması;
  • İdeyaların düzgün tətbiq olunmasında marketinq komandasına mütəmadi dəstək olmaq;
  • Vizual və mətn əsaslı fikir və konsepsiyaların yaradılmasında iştirak;
  • Xüsusi aksiya və kampaniyalar üçün sloqanlar düşünmək;
  • Video icmallar & kontentlər üçün ssenarilərin hazırlanmasında iştirak;
  • Hazırlanmış press-reliz & məqalələrin düzgünlüyünün yoxlanılması;

Tələblər:

  • Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
  • Sosial media və kopiraytinq üzrə 1 ildən çox iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə;
  • Komandada işləmək bacarığı;
  • Türk dili biliyinin olması üstünlükdür
  • E-commerce layihələrində təcrübə üstünlükdür

İş şəraiti:

  • İş qrafiki: I-V günlər saat 10:00-19:00
  • Əmək haqqı: Müsahibə əsasında
  • Nahar şirkət tərəfindən təmin olunur.

Qeyd olunan tələblərə uyğun namizədlər CV və portfolioları ilə birlikdə hr@brenfdoni.com.tr elektron poçtuna müraciət edə bilər.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

23.12.2024 - Bakı

Müştəri Xidmətləri üzrə mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Müştəri Xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

05.12.2024 - Bakı

İctimaiyyətlə Əlaqələr şöbə müdiri

Mətanət A Şirkətlər Qrupu  İctimaiyyətlə Əlaqələr şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

05.12.2024 - Bakı