Qısa məzmun
BERC şirkətlər qrupu marketinq komandasına kontent mütəxəssisi (Kopirayter) olmaq istəyənlər üçün ödənişli əsaslarla 2 aylıq təcrübə vakansiyası elan edir.
Vəzifəyə tələblər:
- Məsuliyyətli , öyrənməyə, inkişaf etməyə həvəsli və diqqətli biri olması;
- Araşdırma və axtarış bacarıqlarının olması
- Azərbaycan dilində səlis yazma bacarığının olması
- Müxtəlif sosial şəbəkə hesabları və saytlar üçün mətnlərin yazılması
- Verilən tapşırıqların zamanında və dəqiqliklə işlənməsi
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Rahat və geniş ofis şəraiti
- Korporativ inkişaf
- Rəqəmsal marketinq üzrə yüksək biliklərin əldə edilməsi
- Uğurlu namizədə iş imkanı
Maraqlı olan namizədlərdən öz CV – lərini və portfoliolarını 30.04.2023-ci il tarixinədək marketing@bercgroup.az elektron ünvanına mövzu yerinə “Təcrübəçi kopirayter” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Şirkət haqqında
İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC şirkətlər qrupu 2016 -cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, digital marketiq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
Veb sayt : www.bercgroup.az
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 50 555 14 85
Oxşar vakansiya siyahısı:
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...