Qısa məzmun
Super Toys Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı olmalıdır.
Vəzifə Öhdəlikləri :
- Sosial şəbəkələr üçün postların mətninin yazılması və məzmunun tərtib edilməsi;
- Sosial şəbəkələr üçün kontent planın hazırlanması;
- Sosial şəbəkələr üçün hazırlanacaq videolarda senarinin yazılması;
- TikTok senarilərinə nəzər yetirilməsi, ehtiyac olarsa yeni ideyaların verilməsi;
- Endirim kampaniyaları və layihələr üçün sloqan təkliflərinin verilməsi, kreativ yanaşmaların edilməsi;
Namizədə Tələblər :
- Kopirayter vəzifəsi üzrə müvafiq iş təcrübəsi
- Kontent strategiyasının yaradılması ilə bağlı biliklərə sahib olmaq
- Mükəmməl yazı, redakte və korrektə qabiliyyətlərinin olması
- Müvafiq sahədə azı 1 il iş təcrübəsi;
- Aktiv, məsuliyyətli və diqqətli olmalı;
Şirkət təklif edir:
- İş rejimi : Həftədə 6 gün (6-cı gün yarı iş günü);
- İş yeri : Sədərək Ticarət Mərkəzi Ofis;
- Əmək haqqı 700 AZN;
- Rəsmi qeydiyyat;
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Kopirayter” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...