Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Oriflame Azerbaijan Kopirayter – tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsi tələb olunur.
Kopirayter – tərcüməçi
İş növü: Tam gün, daimi
İşə rəsmi qeydiyyat
Bazar ertəsi-cümə, 09:00 – 18:00, həftənin 5 iş günü
Vəzifə öhtəlikləri:
- Kataloq mətnlərinin tərcüməsi və kopiraytinqi
- Onlayn və oflayn mətnlərin tərcüməsi və kopiraytinqi
- Kataloqun təqdimatı üçün materialların tərcüməsi, press-relizlər, kampaniya materialları, html məktubları və digər çap materialları.
- Müxtəlif marketinq fəaliyyətləri üçün reklam mətnlərinin hazırlanması;
- Elektron poçt göndərişləri və sosial şəbəkələr üçün materialların yazılması və tərcüməsi;
- Mətnlərin, məqalələrin, məhsul təsvirlərinin yazılması və tərcüməsi;
- Materialları adətən rus dilindən azərbaycan dilinə, bəzən azərbaycan dilindən rus və ingilis dillərinə tərcümə edilməsi;
- Komandada işləmə bacarığı.
Tələb olunan bilik və təcrübə:
- Təhsil: Filologiya və ya jurnalistika sahəsində ali təhsil
- Dilləri bilmək – Azərbaycan dili 100%, Rus dili 100%, İngilis dili tərcümə səviyyəsində
- İş təcrübəsi: tərcüməçi və ya yazıçı (kopirayter) və ya jurnalist kimi ən azı 1 il
- İş təcrübəsi tələb olunur
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək – Excel, Word, Power Point
Tələb olunan bacarıqlar:
- Detallara diqqət
- Yaradıcı düşüncə və fikirlər
- Zamanın düzgün idarə olunması
Müraciət qaydası: Namizədliyiniz yuxarıda göstərilən tələblərə cavab verərsə, öz CV-nizi müsabiqe@oriflame.com elektron ünvanına mövzu hissəsində “Copywriter” yazaraq göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 21 Sentyabr 2020.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...