Qısa məzmun
PASHA Holding Korporativ Əlaqələr üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.
PASHA Holding Korporativ Əlaqələr üzrə köməkçi vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
- Daxili və xarici auditoriya üçün keyfiyyət standartlarına və dizayn qaydalarına cavab verən fərqli, eləcədə Şirkətin “Brand Book”na uyğun olan slaydlar və bütövlükdə təqdimatların hazırlanması;
- Təsvirlərdən istifadə edərək ayrı ayrı slaydların tərtibatı, mətnlərin visualizasiyası, format və texniki quruluşların təkmilləşdirilməsi;
- Sənədlərin bütünlüklə yenilənməsi: məqsədəuyğun şəkildə, bütün slaydların vahid formatda və dəqiq qrafiklə işlənmiş, təkmilləşdirilmiş vizual təqdimatı (tərtib, mesaj vizualizasiyası);
- Bütün hazırlanma prosesi ərzində fərqli funksional qruplarla birbaşa əlaqələrin qurulması və birgə əməkdaşlıq;
- Keyfiyyət standartlarının təmin edilməsi məqsədilə sənədlərin yoxlanılması;
- Daxili kommunikasiya kanallarının idarəedilməsində dəstək;
- Korporativ görüşlərin və tədbirlərin koordinasiyasında dəstək, iclasların planlaşdırılması və iclaslarla bağlı məlumatların təşkili, qeyd edilməsi, tələb oluna keyfiyyətinin qiymətləndirilməsi;
- İnternet səhifəsi və digər xarici kommunikasiya kanallarında məlumatların yenilənməsi;
- Ehtiyac yarandığı halda PAŞA Holdinqin kommunikasiyalar fəaliyyətinin tərkib hissəsi olaraq foto və video fayllarının redaktə edilməsi də daxil olmaqla fərqli dizayn proqramlarında işləmə;
- Zərurət yarandığı hallarda Şirkət əməkdaşlarına vizualizasiya üzrə məsləhət xidmətlərinin göstərilməsi;
- Ehtiyac yarandığı hallarda, komanda üzvlərini təqdimat dizaynı, eyni zamanda PPT və think-cell və bu kimi digər vasiələrdən səmərəli istifadə üzrə təlimləndirilməsi;
- Ofisdaxili təşəbbüslərdə və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə iştirak;
- Sürətlərin çoxaldılması və cildləmə sorğularınının tamamlanması. Ehtiyac yarandığı hallarda bir sıra peşəkar xidmətlərin təqdim edilməsi (məs., peşəkar cildlmə, posterlərin hazırlanması və redaktə edilməsi);
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə ilkin peşəkar təcrübə;
- MS Office proqram paketinin, xüsusilə Power Point proqramının yüksək səviyyədə biliyi; planlaşdırma və dizaynın diqqətlə izlənilməsi; Adobe Illustrator, Photoshop, InDesign kimi dizayn proqramlarının ilkin biliyi;
Onlayn ünsiyyət və qiymətləndirmə vasitələrinin biliyi və təcrübə – Zoom, Microsoft Teams; SurveyMonkey, Mentimetr və s. + Adobe - ideo tənzimləmə vasitələri
- Güclü təşkilatçılıq və şəxsiyyətlərarası ünsiyyət bacarığı; sifarişçilərə xidmətə diqqət; yüksək uyğunlaşma və təyin olunmuş son tarixlərin qarşılanması; müstəqil işləmə bacarığı; güclü ünsiyyət və anlama bacarıqları;
- Azərbaycan və ingilis dillərində mükəmməl yazı bacarığı;
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Korporativ Əlaqələr üzrə köməkçi” qeyd olunmalıdır;
- CV-lər 26 may, 2021-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...