Qısa məzmun
Veysəloğlu MMC Korporativ hüquq və müqavilələr üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Rəhbərliyə tabe strukturlar daxilində hüquqi təminat, ekspertiza və təhlil işini aparmaqda iştirak etmək;
- Hüquqi ekspertiza və hüquqi təminat işinin aparılması üzərində metodik rəhbərliyin həyata keçirilməsində şöbə müdirinə dəstək göstərmək;
- Struktur bölmələrin partnyorları ilə bağlanan müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək və bu işi öyrənmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək;
- Aidiyyəti struktur bölmələr və kontragentlərlə müqavilə idarəçiliyi və qaydalarına uyğun olaraq müvafiq hərəkətləri aparmaq, danışıqların həyata keçirilməsində iştirak etmək;
- Hüquq şöbə müdirinin tapşırığı əsasında lazımi lisenziyaların və icazələrin alınmasının həyata keçirilməsinə dair sənədləşmələrin hazırlanmasında iştirak etmək.
Vəzifə tələbləri:
- Ali hüquqi təhsil
- Rus və ingilis dili biliyi üstünlükdür
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
700₼
Hüquq işləri üzrə inzibatçıKontakt Home Hüquq işləri üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...