Korporativ hüquq şöbəsinin Aparıcı / Baş hüquq məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Rabitəbank Korporativ hüquq şöbəsinin Aparıcı / Baş hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

“Rabitəbank” ASC Hüquq departamenti, Korporativ hüquq şöbəsinin Aparıcı / Baş hüquq məsləhətçisi vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bank fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
  • Bankın struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərmək və Banka daxil olan hüquqi sorğuların cavablandırması;
  • Sənədlərin hüquqi ekspertizasının keçirilməsi və onların qüvvədə olan qanunvericiliyə uyğun olmasının yoxlanılması;
  • Hüquq-mühafizə, məhkəmə, vergi orqanları, tərəfdaşlar və digər təşkilatlarla hüquqi müstəvidə ortaya çıxan məsələlərin həllində bankın adından çıxış etmək;
  • Danışıqlar yolu ilə həll olunmayan mübahisələrinin məhkəmə yolu ilə həll olunması üçün qanuvericiliyə müvafiq olaraq, lazımi sənədləşməni aparmaq və bankı məhkəmələrdə təmsil etmək.

Namizədə olan tələblər:

  • Ali hüquqi təhsil (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
  • Korporativ hüquq sahəsində iş stajı azı 2 il;
  • ülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi üstünlük təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı / Baş hüquq məsləhətçisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...