Qısa məzmun
Ə/h razılaşma yolu ilə. STP Alüminium Korporativ hüquq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilmək üstünlükdür.
“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi“STP Alüminium” MMC
Zavod 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir.
Vəzifənin adı: Korporativ hüquq üzrə menecer
Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Bizim üçün ideal namizəd:
- Qafqazın ən böyük Sənaye müəssisəsinin gənc və dinamik komandasında iş təcrübəsi
- Satış sisteminin təkmilləşdirilməsində konsultantların dəstəyi ilə yaxından iştirak və liderlik
- Adekvat əmək haqqı və satış hədəflərinin icrasına uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Davamlı karyera inkişafı
- Qanunvericiliyə uyğun sənədləşdirmə
- Müştərilərlə görüş üçün avtomobil, benzin, telefon, nömrə o cümlədən, şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə
- Ali təhsil
- Satış sahəsində ən az 3 il iş təcrübəsi olan
- 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
- İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq
- Məhsullarımızın satış potensialı olan müştəriləri yaxşı tanımaq
- Kompüter və MS Office proqram bilikləri
- Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini bilmək üstünlükdür
- CRM bilikləri
Görəcəyiniz işlər:
- Müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
- Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili
- Müştərilər və məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
- Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək
- Müştəri bazasının formalaşdırılması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması
- İşgüzar və korporativ danışıqların aparılması
- Yeni müştərilərlə müqavilələrin bağlanılması
Əgər bizim axtardığımız ideal Korporativ Satış Meneceri Sizsinizsə CV-nizi hraluminium@stp.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Korporativ Satış Meneceri”)