Qısa məzmun
Buta Supply Korporativ hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili korporativ sənədləşmə işlərinin aparılması
- Müqavilələrin o cümlədən beynəlxalq müqavilələrin, ərizələrin, məktubların hazırlanması
- Nizamnamə və ona əlavələrin, şirkətin struktur bölmələrinin əsasnamələrinin və digər korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi,
- Əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Şirkətin tərəf olduğu korporativ mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəmə işinin aparılmasını təşkil etmək;
- Şirkəti məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarında təmsil etmək;
Tələblər:
- Təhsil: Ali/Bakalavr – Hüquq üzrə
- Mülki, xüsusi ilə satınalma sahəsi üzrə qanunvericilik bilikləri
- İş təcrübəsi: Hüquqşünas olaraq minimum 2-3 il iş təcrübəsi
- Digər Bilik və Bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,
- İngilis və/və ya Rus dillərindən birini yaxşı səviyyədə bilmək
- MS Office proqramları üzrə biliklər
İş şəraiti:
- 5 günlük iş rejimi
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlanan şəxslər CV-lərini mövzu yerinə “Korporativ hüquqşünas” qeyd etməklə email ünvanına göndərə bilərlər.