Qısa məzmun
W&E Forward International Transport Korporativ Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Tərəfdaşlıq edilən şirkətlərdən daxil olan müqavilələrə hüquqi rəy vermək,bütün növ müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
- Təqdim olunan müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını keçirmək,digər hüquqi sənəd layihələrinə dair rəy vermək;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını yaratmaq və onun yenilənməsini təmin etmək;
- Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;
- Şirkətdaxili normativ hüquqi sənədlərin (Nizamnamə və Əsasnamələrin, Qaydaların, Təlimatların,Protokolların,Aktların, Proseslərin və digər daxili normativ sənədlərin) hazırlanmasında iştirak etmək;
- Dövlət Miqrasiya Xidmətinə aid əməliyyatları və bu əməliyyatdan yaranan bütün işləri icra etmək;
- Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
Namizəd üçün tələblər:
- Ali hüquqi təhsil;
- 2 il iş təcrübəsi (kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində);
- Azərbaycan Respublikasının Mülki, Əmək, Vergi,Nəqliyyat Qanunvericiliyi ilə işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi (Rus dili və İngilis dili arzuolunandır);
- Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
- Qeyd: Logistika, xidmət və beynəlxalq yükdaşıma şirkətlərində iş təcrübəsinin olması arzuolunandır.Əmək Şəraiti:
- AR-nın ƏM – nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 5 günü;
- İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
- Ünvan: Bakı şəhəri,Yasamal rayonu,Globus Plaza
- Əmək haqqı: razılaşma yolu ilə.
- Son müraciət tarixi: 30.07.2022
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.