Qısa məzmun
Ekvita LLC Korporativ idarəetmə üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər, vəzifə və öhdəliklər:
- Müəssisədə işçi qüvvəsinin yenidən təşkilinə dair geniş biliklərə sahib olmaq, həmçinin daxili təlimatları nəzərdən keçirmək və təkmilləşdirmək;
- İşçi heyəti üçün təlimat kitabçası, işəgötürmə siyasəti və s. daxil olmaqla, daxili İnsan Resursları (“İR”) təlimatları/sənədləri ilə iş təcrübəsi;
- Korporativ idarəetmə üzrə geniş biliyə sahib olmaq;
- İnstitusional potensialın artırılması və korporativ yenidənqurma təcrübəsi, daxili strukturlar arasında bölmədaxili əlaqələrin inkişafı;
- Yeni strategiya, missiya, vizyonun inkişafı və bütün institusional struktur və əməliyyatların yenidən təşkili;
- Əmək və korporativ hüquqa dair müxtəlif məsələləri təhlil etmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həll yolları təklif etmək;
- Müştəri sənədlərinin hüquqi siyasət və prosedurlar baxımından uyğunluğunu yoxlamaq;
- Müvafiq məsələlər və praktiki sahələr üzrə sənədləri ilkin versiyada hazırlamaq, yoxlamaq, danışıqlar aparmaq və yekunlaşdırmaq.
Tələb olunan keyfiyyətlər və təcrübə:
- Bakalavr təhsili vacibdir.
- Magistr təhsilinin olması üstünlükdür. İdeal namizədin xarici universitetlərdən magistr dərəcəsi ola bilər.
- Hüquq üzrə təhsili və/və ya təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
- Dövlət sektorunda 5-7 il, publik hüquqi şəxslərdə ən azı 2 illik iş təcrübəsi və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə 5-7 illik korporativ idarəetmə üzrə təcrübə (ideal namizədin korporativ və ya İR üzrə 5-7 illik iş təcrübəsi olmalıdır).
Analitik bacarıq - Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı;
- Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi;
- Müstəqil və ya minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı.
Ünsiyyət bacarığı:
- Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı;
- Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı.
Əsas bacarıq və səriştələr:
- Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs;
- Yüksək etik və peşəkar standartlar;
- Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi); ingilis və rus dili biliyinin olması üstünlükdür;
- Kompüterlə effektiv işləmə bacarığı;
- Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı;
- Komanda ilə işləmək bacarığına sahib, əməkdaşlarına hörmət etməli və onları dəstəkləməli;
- Minimum nəzarət vasitəsilə müştərilərlə birbaşa işləmək bacarığı.
Əmək haqqı və töhfələr:
- Stabil, etibarlı, stressiz və səmimi iş mühiti;
- Ölkəmizdə və xaricdə təhsil imkanları;
- Uyğun namizədə bacarıq və təcrübə əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək;
Maraqlanan namizədlər öz cv-lərini hr@ekvita.com ünvanına göndərə bilərlər.
Yalnız mövzu hissəsində vakansiyanın adını (Korporativ idarəetmə üzrə Menecer / Korporativ idarəetmə üzrə Baş mütəxəssis) qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...