Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis
Department: Korporativ Idarəetmə və İnzibatçılıq
Şöbə: Korporativ İdarəetmə və Hesabatlılıq
Qrup: Korporativ Katiblik
İdarə Heyəti, Müşahidə Şurası və kollegial qurumların işinin təşkil edilməsinə inzibati dəstək göstərmərilməsinə, müvafiq hesabatlılığın təmin edilməsinə və Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlərin hazırlanmasına , görə məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri:
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) qanunvericiliyə uyğunluğunu mütəmadi izləmək və lazım olduqda dəyişikliklərin edilməsi təşəbbüsünü göstərmək
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələri həyata keçirilmək
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək
- Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatını hazırlamaq
- Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətləri araşdırmaq
- İdarə heyətinin və komitələrin iclaslarının və qərarlarının şirkətin müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət etmək
- İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar vermək
- İdarə heyətinin və komitə iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması
- Şirkətin korporativ idarəetmə və katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi
- Mütəmadi olaraq qərarlar üzrə statistik məlumaların yığılması və tələb olunan hesabatları hazırlanmaq
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: bakalavr dərəcəsi (hüquq,İqtisadiyyat və ya İdarəetmə)
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis, Rus
- Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyat, faktorinq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 iyun 2021-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...