Korporativ informasiya sistemlərinin tətbiq olunması üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

DO IT MMC Korporativ informasiya sistemlərinin tətbiq olunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznesin təhlili;
  • Korporativ informasiya sistemlərinin tətbiq olunması, qəbul olunması və təcrübi-sənaye istismarında iştirak;
  • Korporativ informasiya sistemlərinin layihə planı və texniki tapşırığa uyğun olaraq tənzimlənməsi
  • Sifarişçinin texniki işçi heyəti və korporativ informasiya sistemlərinin  istifadəçiləri üçün təlim keçirilməsi;
  • Layihə texniki sənədlərinin hazırlanması;
  • Tətbiq olunan korporativ informasiya sistemlərinə texniki və konsultasiya dəstəyi.

Tələblər:

  • Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
  • Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
  • Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
  • Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
  • Ali təhsil, texniki sahədə arzuolunandır;
  • Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
  • Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
  • Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
  • İT sahəsində biznes analitiki kimi inkişaf etmək istəyi.

Əmək şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar təlimlərdə iştirak.

Oxşar vakansiya siyahısı:

İT Mütəxəssis (Helpdesk)

Coffeemania İT Mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Coffeemania

09.08.2024 - Bakı