Korporativ istiqamət üzrə Hüquq /Baş Hüquq Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank şirkəti Korporativ istiqamət üzrə Hüquq /Baş Hüquq Mütəxəssisi vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
  • Yeni layihələrin qanunvericilik və prudensial tələblər baxımından analiz edilməsi;
  • Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
  • Bankın hüquq və maraqlarını tam qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və nəzərdən keçirilməsi;
  • Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təklif layihələrinin hazırlanması;
  • Bankın xarici vətəndaş olan işçilərinə iş icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
  • Bankın daxili qaydalarının, siyasətlərinin və prosedurlarının hazırlanmasında, yenilənməsində və təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
  • Bank inzibatçılarının və digər əməkdaşların müvafiq attestasiyadan keçmələri üçün zəruri hüquqi dəstəyin təmin edilməsi;
  • Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin qeydiyyatı, müvafiq lisenziyaların alınması və fəaliyyəti üçün lazımi hüquqi dəstəyin göstərilməsi;
  • Daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
  • Kompüter bilikləri: MS Office proqramları
  • Dil bilikləri: səlis Azərbaycan və İngilis, orta Rus
  • Digər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin mükəmməl biliyi və anlayışı, güclü ünsiyyət bacarıqları, planlaşdırma və təşkilatçılıq bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Korporativ istiqamət üzrə Hüquq Mütəxəssisi/Baş Hüquq Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...