Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Korporativ Katib vəzifəsi üzrə vakansiya elan edir. Əla səviyyədə yazılı və şifahi ünsiyyət qurmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin idarə heyyətinin və daxili komitələrinin iclaslarını planlamaq və tədbir təqvimlərini yaratmaq;
- İclaslarda katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq, ehtiyac olduqca tərcüməsini etmək;
- İşgüzar yazışmaları aparmaq, məktubları cavablamaq, aidiyyatı şöbələrə ünvanlamaq;
- Korporativ sənədlərin hazırlanması;
- Daxil olan sənədlərin müvafiq şöbələr üzrə bölüşdürülməsi.
Tələblər:
- Hüquq, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və oxşar sahələr üzrə Ali təhsil;
- Azərbaycan və ingilis dillərini yazılı və şifahi əla səviyyədə bilmək;
- Sənədlərin İngilis, Azərbaycan dillərinə səlis və işgüzar tərcümə edə bilmək;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
- Məxfi məlumatlarla və stress altında işləmək;
- Daxili və xarici yazışmaları idarə etmək;
- Əla səviyyədə yazılı və şifahi ünsiyyət qurmaq.
Səriştələr:
- Məsuliyyətli
- Dəqiq
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:
Oxşar vakansiya siyahısı:
700₼
Hüquq işləri üzrə inzibatçıKontakt Home Hüquq işləri üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...