Korporativ katib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA İnsurance şirkəti Korporativ katib vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və Öhdəliklər:

  • Səhmdar qərarlarının rəsmiləşdirilməsindən irəli gələn inzibati işləri həyata keçirtmək;
  • Direktorlar Şurası, İdarə Heyəti və onların yardımçı komitələrinin iclaslarını təşkil etmək, iclaslar üçün materialları toplamaq və sistemləşdirmək, iclaslara dair bildiriş, gündəlik, gündəlikdəki məsələlərə dair materialların iclas iştirakçılarına göndərilməsinə cavabdehlik daşımaq, bu iclaslarda iştirak etmək;
  • İclasların gedişatında yaranan tələb üzrə sığorta qanunvericiliyi, korporativ idarəetmə və digər hüquqi məsələlərə dair rəy bildirmək;
  • İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsinə cavabdehlik daşımaq;
  • İclas materiallarının qorunub saxlanılmasını təmin etmək;
  • İştirak etdiyi iclas və ya görüşlərin nəticəsi  barədə İdarə Heyətinin sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək;
  • İclasların səmərəliliyinin artırılması üçün təkliflər vermək, işin yaxşılaşdırılmasına yönələn təşəbbüslərlə çıxış etmək;
  • Səlahiyyətləri çərçivəsində müvafiq layihələrdə iştirak etmək;
  • İdarə Heyəti sədrinin tapşırığı ilə hüquqi təhlillər aparmaq, hüquqi xarakterli məsələlərə dair rəy vermək, arayışlar, məlumatlar və s. hazırlamaq;
  • Şirkətin korporativ elektron ünvanına daxil olan sorğu və müraciətlərə baxılmasında, icra statusunun nəzarətdə saxlanılmasında və eləcə də cavablandırılmasında iştirak etmək;
  • İdarə Heyəti sədrinin tapşırığı ilə şirkətin funksional bölmələri ilə əməkdaşlıq etmək, zəruri məlumat və sənədləri əldə etmək, lazımi təhlillər aparmaq, ümumiləşdirmək, verilmiş göstərişlərin icra statusunu öyrənmək və icra vəziyyətinə nəzarət etmək;
  • Müvafiq hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
  • İdarə Heyəti sədrinin tapşırığı ilə səlahiyyətləri çərçivəsində digər işləri icra etmək.

Biliklər:

  • Vəzifəyə uyğun sahə üzrə Ali təhsil (hüquq arzuolunandır);
  • Dil bilikləri: yüksək səviyyədə Azərbaycan və Rus dili; B1 səviyyədə İngilis dili;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
  • Hüququn mülki, əmək sahələrini və sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər arzuolunandır.

Təcrübə:

  • Korporativ idarəetmə/katiblik sahəsi üzrə 1 il iş təcrübəsi. Sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət qurma;
  • Detallara diqqət yetirmə;
  • Təşəbbüskarlıq.

Son müraciət tarixi: 05 mart, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...