Korporativ katib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Korporativ katib vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (Humanitar sahələrdə ali təhsil arzuolunandır);
  • Müvafiq sahədə min 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti, ingilis dili arzuolunandır;
  • Məsuliyyətlilik və dəqiqlilik;
  • Yüksək səviyyədə planlaşdırma və təşkil etmə qabiliyyəti;
  • Ofis proqramlarında işləmək bacarığı;

Hansı işləri görəcəksiniz:

  • Şirkətin Müşahidə Şurası, Komitələr və idarəetmə orqanlarının dövri görüşlərinin təşkil edilməsi;
  • İdarəetmə orqanlarının iclaslarının gündəliyinin razılaşdırılması və iştirakçılara kommunikasiya edilməsi;
  • İdarəetmə orqanlarının iclaslarının protokollarının tərtib edilməsi, iştirakçılar və məsul vəzifəli şəxslərlə razılaşdırması və təsdiqlənməsi işinin təşkili;
  • Müşahidə Şurası, Komitələr və digər İdarəetmə organlarının iclaslarında verilən qərarların icra statuslarının daim aktual saxlanması, müvafiq hesabatların hazırlanaraq adiyyəti şəxslər arasında kommunikasiya / koordinasiya edilməsi;
  • Şirkətdə Korporativ idarəetmə qaydalarının tətbiqi üzrə təşkilati işlərin görülməsi, rəsmiləşdirmə işlərinə dəstək verilməsi;
  • Müşahidə Şurası və onun üzvlərinə aidiyyəti olan sənədlərin dövriyyəsinə dəstək olmaq;
  • Protokol tələblərinə uyğun olaraq Müşahidə Şurasının və digər Biznes səfərlərdə qonaqların şirkətə rəsmi səfərlərinin hazırlanması və idarə edilməsinə dəstək göstərmək;
  • Müşahidə Şurası tərəfindən səlahiyyətlərinə aid olan digər tapşırıq və funksiyaları həyata keçirmək.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye Şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Fərqli bizneslərin idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının işinin öyrənilməsi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ katib” yazaraq 03.04.2022- ci il tarixinədək ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

800₼
Təlim üzrə mütəxəssis

AzeriMed LLC Təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

08.04.2025 - Bakı

700 — 1000 ₼
Korporativ Satış Təmsilçisi

PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

04.04.2025 - Bakı

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İnsan resursları üzrə kiçik mütəxəssis

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

GM Construction

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı