Korporativ müştərilərlə iş üzrə koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Barattson School of Business & FinanceKorporativ müştərilərlə iş üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

“Barattson” MMC – 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.

Barattson “Korporativ müştərilərlə iş üzrə koordinator” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərlə sıx əlaqədə olmaq, onlarla zəng və ya email vasitəsi ilə rəsmi danışıqların aparılması, ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması;
  • Təlim sorğusuna əsasən qiymət təklifinin hazırlanıb müştəriyə göndərilməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Əldə olunan razılıq əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
  • Maliyyə və digər sənədlərin müştəriyə göndərilməsi;
  • Təlimlərin təşkili, koordinasiyası, təlimçi və şirkət arasında qrafikin təyin olunması;
  • Müştəri ödəmələrinin təqibi və nəzarətdə saxlanılması;
  • Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələlərin vəzifə səlahiyyəti çərçivəsində həll edilməsi;
  • Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarının müvafiq bölmələrdən məlumat alaraq hazırlanması;
  • Şirkətin satış həcminin artırılmasına dəstəyin verilməsi;
  • Bölmə üzrə aylıq hesabatların hazırlanmasında birbaşa iştirakı;
  • Gündəlik tapşırıqların nəticəsi barədə xətti menecerin məlumatlandırılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:

  • Ali təhsil
  • Korporativ əlaqələr üzrə ən azı 1 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point işgüzar səviyyədə bilmək
  • Müştəriyönümlü satış bacarığı
  • Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
  • Çevik işləmək bacarığı
  • Dürüst və məsuliyyətli olmalı

Əmək haqqı: 400 AZN + bonus.

İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ müştərilərlə iş üzrə koordinator”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 31 oktyabr 2021 ci il.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness” mərkəzinə Qeydiyyatçı tələb olunur ...

1st Fitness

18.11.2024 - Bakı

600₼
Kadrlar üzrə mütəxəssis

AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

15.11.2024 - Bakı

Sənədləşmə üzrə kiçik mütəxəssis

Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

Resepşn

Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

14.11.2024 - Bakı

400₼
Operator (Soyuq satis)

Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Seylab

07.11.2024 - Bakı

600₼
Reception

Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı

600 — 800 ₼
Resepşn

Port Rivoli Baku otelinin gecə növbəsinə Receptionist axtarır. ...

Port Rivoli Baku

28.10.2024 - Bakı

600₼
Operator

Aznet Technologies QSC - Operator Vəzifəsi üzrə Təcrübə Proqramı elan edir. ...

Aznet Technologies

23.10.2024 - Bakı

500 — 600 ₼
Receptionist

ADORE Kompani MMC Receptionist vakansiyasını elan edir. ...

ADORE Kompani MMC

22.10.2024 - Bakı

Çağrı mərkəzi üzrə operator

Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Baku Digital MMC

03.10.2024 - Bakı