Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ricon MMC Korporativ Satınalma meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək.
Vəzifə təlimatı:
- Daxili və xarici bazarları araşdırmaq.
- Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
- Tikinti fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
- Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin hazırlanmasını
- Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
- Etibarlı təchizatçıların siyahısını hazırlayır və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlayır.
- Yerinə yetirilmiş bütün sifarişlərin “Excel” proqramında uçotunun aparılmasını və müvafiq tikinti sahələri üzrə qovluqlara yerləşdirilməsini həyata keçirir,
- Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə hıyata keçirilməsini təmin etmək, sənədləşməsini aparmaq və mühasibatlıqa təqdim etmək.
- Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək, təhvil-təslim aktları hazırlamaq və vaxtı vaxtında mühasibatlıqa hesabat vermək , sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
- Satınalmaların qeydiyyatını aparmaq İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
- Tender təkliflərini analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
- Xarici və yerli şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Şirkətin platformasına müvafiq sahələrdə layihələrin araşdırması, tenderlərdə iştirak, iri proyektlərin cəlb edilməsi;
- Daimi yeni tenderların web saytlarda yerləşdirilməsinin izlənilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi;
- Yerli və xarici satış kanallarının müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
- Rəqiblərin aktivliyinin izlənilməsi
- Şirkətin internet səhifəsinin izlənilməsi və sirkət haqqında yeniliklərin internet veb səhifəsində daima qeyd edilməsi; o cümlədən ( Fcebook, instagram).
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
- Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
- Tender zamanı şirkəti təmsil etmək;
- Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək və nəzarətdə saxlamaq;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
Namizədə dair tələblər:
- Ali təhsilli
- Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
- Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
- Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
İş haqqında məlumat:
- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə :
- İş yeri Bakı şəhəri
- 6 günlük iş həftəsi : 09:00-18:00-dək , 6-ci gün 10:00-15:00dək
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini hr@ricon.az elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunu, əks halda cv lərə baxılmayacaq.