Qısa məzmun
My Broker Korporativ satış üzrə yay təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir.
- “My Broker” gömrük təmsilçiliyi Korporativ satış üzrə yay təcrübə proqramını elan edir!
- Azərbaycan gəncliyi 2017–2021-ci illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn və qarşıya qoyulanvəzifələrin icrası ilə bağlı “My Broker” gömrük təmsilçiliyi gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması, şəxsi inkişafın təmin edilməsi, peşəkar bacarıqlarının inkişafı və real iş şəraiti ilə tanış etmək məqsədi ilə tələbələr, məzunlar və iş heyatına yeni başlayanlar üçün təcrübə proqramı elan edir. Siz də öz karyera arzunuzu reallaşdırmaq, təcrübə və biliklər qazanmaq istəyirsinizsə “My Broker” gömrük təmsilçiliyi sizin üçün ən doğru seçimdir!
Təcrübəçiyə dair tələblər:
- Yaş həddi: 19-25 yaş
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- İlkin kompüter bilikləri;
- Xarici dil biliklərinin olması üstünlükdür;
- Komandada işləmək bacarığı;
- İntizamlılıq və məsuliyyətlilik;
- Özünü daim inkişaf etdirməli, innovativ düşünmək bacarığı;
- Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;
Təcrübəçilərin proqramdan əldə edəcəkləri:
- Satış və marketing strategiyası;
- Satış və marketing planlaması;
- Korporativ müştərilərlə iş üslubu;
- Korporativ satış qaydaları;
- Xidmətlərin və məhsulların satış prosesində real iştirak;
- Potensial müştərilərlə görüş imkanının yaradılması;
- Peşəkar komandanın bir üzvü olmaq;
Üstünlüyümüz:
- Mehriban və peşəkar kollektiv.
- Təcrübəçilərə real iş şəraitinin yaradılması.
- Nəzəri və praktiki biliklərin öyrədilməsi.
- Əməyin qiymətləndirilməsi.
- Karyera imkanı.
- Təcrübə müddətinin sonunda:
- Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək.
- Ən yüksək nəticə əldə etmiş 2 namizəd işlə təmin ediləcək.
- Müddəti: 2 ay
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini korporativ satış üzrə təcrübəçibaşlığı altında office@mybroker.az mail ünvanına göndərə və ya https://kec.az/qfvfw müraciət formu vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təcrübə proqramının seçim mərhələsindən uğurla keçən şəxslər şirkətin “Marketing və satış” şöbəsində Korporativ satış üzrə təcrübə keçəcəklər.
Oxşar vakansiya siyahısı:
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...