Korporativ satış mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

YUSİFOĞLU MATERİAL GROUP MMC Korporativ satış mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul və xidmətlərinin korporativ satışının təşkili;
  • Müştəri axtarışı, cari müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlər, məhsullar və xidmətlərin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər müxtəlif kanallar vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən məhsullar və xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Yeni satış kanallarının artırılması məqsədilə məhsul və xidmətlərin satışı ilə bağlı yeni təkliflərin hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək və müəyyən müddət sonra əməkdaş məlumat bazası ilə təmin ediləcəkdir.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (tikinti materiallarının korporativ satışı istiqamətində iş təcrübəsi üstünlükdür)
  • Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmaq;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilmək;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan və rus  dillərində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis dili üzrə bilikləri  olması üstünlükdür );
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.

YUSİFOĞLU MATERİAL GROUP MMC   sizə nə vəd edir?

  • 5 günlük iş həftəsi, 10:00-18:00-dək olan iş vaxtı;
  • Rəqabət qabiliyyətli sabit maaş + bonusdan ibarət əmək haqqı;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Nəqliyyat xərcləri qarşılanır;
  • Korporativ nömrə və danışıq paketi.

Maraqlı olan namizədlərdən öz CV – lərini 28.10.2023-ci il tarixinədək hr@berc.az elektron ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Şirkət haqqında

“YUSİFOGLU MATERİAL GROUP”-un fəaliyyət istiqaməti təmir, tikinti, dizayn, idxal və satışdan ibarətdir. Şirkət tikinti sektorunda özünü doğrultmuş və yüksək səviyyədə xidmət göstərən inşaat şirkətidir. Bundan əlavə şirkət tikinti materiallarının idxalı və topdan satışı ilə məşğuldur.

“YUSİFOGLU MATERİAL GROUP” yaranan gündən indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sonlandıraraq, yüksək müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir.

Oxşar vakansiya siyahısı:

Satıcı -məsləhətçi

Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

17.01.2025 - Bakı

Xəzinədar

ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

17.01.2025 - Bakı

Satıcı

Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Ofisait

17.01.2025 - Bakı

Ekspeditor / Satış Təmsilçisi

Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ofisait

17.01.2025 - Bakı

550 — 600 ₼
Satıcı

Grabstar mağazalar şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Grabstar

15.01.2025 - Bakı

600 — 1100 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

15.01.2025 - Bakı

600₼
Satış təmsilçisi

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

15.01.2025 - Bakı

Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı

800 — 1500 ₼
Satış meneceri

AzəriMed Satış meneceri vəzifəsi üzrə vakansiya elan edi ...

AzəriMed QSC

09.01.2025 - Bakı

600₼
Satış təmsilçisi

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

08.01.2025 - Bakı

Satış təmsilçisi

ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

06.01.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

06.01.2025 - Bakı