Qısa məzmun
Aqualink MMC Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
10 ildən artıq fəaliyyət göstərən “Aqualink” MMC sənayedə istifadə olunan su sistemləri, hidro qurğular, kimyəvi vasitələrin və xidmətlərin korporativ (B2B) satışını təşkil etmək üçün “Korporativ (B2B) Satış təmsilçisi” vakansiyasını elan edir. Ən yaxşı iş mühiti və şirkətin daxilində inkişaf etmək imkanı verən müasir və ixtisaslaşmış şirkətə qoşulacaqsınız. Əsas vəzifələr korporativ müştərilərə texniki dəstək vermək bacarığı ilə satışları idarə etmək olacaq.
Vakansiyanın təsviri: Korporativ satış mütəxəssisi
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərlə mütəmadi görüşlərin təşkili;
- Sahələr üzrə yeni müştərilər və layihələr axtarmaq;
- Mövcud müştərilərlə işin aparılması və ehtiyaclarının qiymətləndirilməsi;
- Həftəlik planlar əsasında müştəri ziyarətlərini təmin etmək;
- Müştəri tələblərini idarə etmək;
- Müştərilərə məhsul və xidmət satışında ehtiyaca uyğun olaraq texniki məlumatlandırma aparmaq və təqdimat etmək;
- Proqnozlaşdırılan satış hədəflərinə çatmaq;
- Satışdan əvvəl texniki məlumatlandırma və təlim vermək;
- Şirkətimizin məhsul və xidmətlərinin B2B satışı;
- CRM Sistemlərlə və layihələrlə işin aparılması;
- Hesabatlılığın təmin edilməsi;
- Aylıq satış plan və proqramlarının təşkil edilməsi;
- Şirkəti xarici və yerli sərgilərdə təmsil etmək.
Namizədə dair tələblər:
- Natamam ali və ya ali təhsil ( sahəvi ixtisaslara malik namizədlərə üstünlük veriləcəkdir);
- Əla ünsiyyət və təqdimat bacarıqları;
- Korporativ müştərilərə iş bacarıqları;
- Həm şifahi, həm də yazılı şəkildə peşəkar ünsiyyət qurma bacarığı.
- Yüksək həvəs və motivasiyanı qorumaq bacarığı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Korporativ (B2B) Satış sahəsində 3 ildən artıq təcrübə;
- Öyrənməyə, əlavə ixtisas artırmaya maraq;
- Ezamiyyələrə getmə imkanı;
- Kompüter bilikləri olmalıdır.
- Yaxşı problem həll etmə bacarığı olmalıdır.
- Təzyiq altında və çoxlu işlərdə işləmək bacarığı.
İş şəraiti haqqında:
- AR Əmək məcəlləsinə görə sənədləşmə;
- Həftə içi 5 gün saat 09:00 – 18:00;
- Telefon və nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir.
Əmək haqqı: 700 – 1000 azn + satışdan bonus
E-mail: info@aqualink.az
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...