Qısa məzmun
Azena MMC Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştərilərin və tenderlərin axtarışı
- Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması
- Sorğuların qəbul olunması , qiymətləndirilməsi və təkliflərin göndərilməsi
- Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi
- Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Satış planına uyğun işlərin aparılması
İş şəraiti:
- 5 günlük iş qrafiki -08:00-dan 18:00-dək, 6-cı gün 10:00-dan 15:00-dək
- Əmək haqqı : 500 AZN, həmçinin əlavə bonuslar
Namizədə tələblər:
- Xanım namizədlər tələb olunur
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilənlərə üstünlük veriləcəkdir
- Problemlərin təhlili və həlli, qərar vermə bacarığı
- Ünsiyyətcil , təqdimat edə bilmə və inandırmaq bacarığı
- Məntiqi və analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq
- Microsoft Office (Excel, Word, PowerPoint) proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı
- 1 il korporativ mühit və əlaqədar sahədə təcrübə
- Komandada işləmək bacarığına malik olmaq
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Korporativ Satış Mütəxəssisi” yazıb info@azena.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...