Qısa məzmun
Ə/h 1500 AZN + bonus. Kontakt Home Korporativ satışlar üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Company: Kontakt Home
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Korporativ satışlar üzrə menecer
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştəriləri cəlb etmək, müştəri bazasını genişləndirmək;
- Müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
- İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək;
- Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqəni qurmaq və görüşləri təyin etmək;
- Danışıqlar aparmaq, təqdimatları keçirmək və təklifləri vermək;
- Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və yeniləmək;
- Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək;
- Görülən işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Korporativ satış sahəsində təcrübə – 3 ildən çox
- Azərbaycan və rus dillərini mükəmməl bilməli
- Ali təhsil
- Elektronika satışı sahəsində təcrübə arzu olunandır
Şəxsi keyfiyyətlər:
- İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı
- Liderlik keyfiyyətlərinə malik olmalı
- Məsuliyyətli və inkişafa meyilli olmalı
- Stresə davamlı olmalı
İş barədə məlumat:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı- 1500 AZN-dən + bonus
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satışlar üzrə menecer” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...