Qısa məzmun
Zaman Broker Korporativ Sığorta Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Aktiv, mütəşəkkil və yeniliklərə hazır olmalıdır.
TƏSVİR:
- Müştəri bazasının genişləndirilməsi və satışların artırılması məqsədilə yeni sığorta məhsullarının və xidmətlərinin yaradılması
- Şirkətin mövcud korporativ müştəriləri ilə əlaqələrinin gücləndirilməsi və yaxşılaşdırılması, şirkət məhsullarının potensial müştərilər arasında yayılması
- Müştərilər tərəfindən ərizə formalarının doldurulması, müştəri haqqında əlavə məlumatların toplanması və sığorta tarifinin və sığorta şərtlərinin müəyyənləşdirilməsi məqsədilə bu məlumatların anderraytinq şöbəsinə yönəldilməsi
- Sığorta müqavilələrinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə aydın izahatın verilməsi
- Müştərilər tərəfindən sığorta haqqlarının vaxtında ödənilməsinin yoxlanması və nəzarətdə saxlanılması, həmçinin birbaşa rəhbərin göstərişləri əsasında lazımi ödəniş məlumatlarının maliyyə şöbəsinə ötürülməsi
- Potensial müştərilərlə gündəlik görüşlərin, danışıqların və onların nəticələrinin, həmçinin göndərilmiş/təqdim edilmiş təkliflərin, sığorta şərtlərinin məlumat bazasında qeydə alınması və şöbə rəhbərinə bu barədə hesabatların verilməsi
- Korporativ müştərilərə ediləcək təklif təqdimatlarının hazırlanması
BİLİK VƏ TƏHSİL ÜZRƏ TƏLƏBLƏR
- Biznes və ya Marketinq sahəsində ali təhsil
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə mükəmməl bilik, Rus dili biliyi üstünlükdür
- MS Office proqramları üzrə bacarıqlar (Outlook, Word, Excel, Powerpoint və s.)
TƏCRÜBƏ TƏLƏBLƏRİ
- Sığorta sahəsində satışlar üzrə ən azı 1 illik iş təcrübəsi
BACARIQ TƏLƏBLƏRİ
- Təşəbbüskar
- Güclü kommunikasiya bacarıqları
- Zəhmətkeş
- Məsuliyyətli
- Dəqiq
- Fikirlərinin aydın və effektiv çatdırılması qabiliyyəti
- Güclü biznes yazı bacarıqları
- Çeviklik
- Problem həll etmə bacarıqları
- Komandada işləmə bacarığı
- Təklif edilmiş məhsulu satma qabiliyyəti
E-mail: hr@zamanbroker.com
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...