Qısa məzmun
PASHA Bank Korporativ və KOS Müştərilərə Dəstək şöbəsinin Kiçik Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Bütün sifarişlərin, əməliyyatların və müştəri ödənişlərinin və onunla əlaqədar əməliyyatların dəqiq və səhvsiz icra edilməsi;
- Bank daxili strukturlar arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn sorğuların vaxtında cavablandırılmasının təmin edilməsi;
- Müştəridən daxil olan şikayətlərin idarə olunması, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün rəhbəri ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması;
- Müvafiq daxili proseslərə uyğun olaraq məhsullar üzrə standart və güzəştli tarif məlumatlarının sistemlərdə yenilənməsinin təmin edilməsi;
- Bank sistemində məhsul yaradılmasında daxili müştərilərə dəstəyin göstərilməsi.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Ödəniş sistemləri sahəsində təcrübə
- Başqa tələblər: Qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...