Qısa məzmun
Azdizayn Group Korpotativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Haqqımızda
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili
- Kompüter bilikləri (MS Office, Micro);
- Planlama bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
İş haqqında məlumat:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
- Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Yanacaq və amortizasiya xərcləri (şəxsi maşını olmalıdır)
- Əmək haqqı (700 AZN + satışdan bonus olmaqla satışdan aslı olaraq dəyişir)
Vakansiyaya müraciət üçün CV-ləri “Korporativ satış mütəxəssisi” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...