Qısa məzmun
Kapital Bank şirkəti KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi (Quba-Xaçmaz) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak edir, bu istiqamətdə təkliflər verir;
- Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirir;
- Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurur;
- Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirir;
- Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirir;
- Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirir;
- Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirir;
- Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara əsasən hesabatların hazırlanmasını həyata keçirir;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
- Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.
Tələblər:
- Ali təhsilli olmalı;
- KOS və mikro kreditlərinin satışı və ya təhlili sahəsində ən azı 1 il iş təcrübəsi
- ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları (arzuolunan);
- Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
- Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2105) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...