Qısa məzmun
166 Yükdaşıma və Logistika Kreativ direktor vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında:
- Veb, çap və rəqəmsal marketinq məhsullarının istehsalında komanda işlərinə , rəhbərlik edilməsi və işlərin nəzərdən keçirilməsi;
- Həm kiçik miqyaslı, həm də böyük miqyaslı layihələr üçün strategiyaların hazırlanması, rəqəmsal marka dizaynı, kontent və texnologiyaların idarə edilməsi;
- Marketinq planlarının hazırlanmasında, nəticələrin təhlilində və mövcud imkanların müəyyən edilməsinə iştirak edilməsi, marketinq və satış şöbələri ilə əməkdaşlıq edilməsi;
- Marketinq hədəflərinin aydın və motivasiyaedici yaradıcılıq strategiyalarına çevirilməsi, daxili marketinq kampaniyalarını inkişaf etdirilməsi;
- Markanın daimi izlənilməsi, bazarda istehlakçı ehtiyacının və rəqabət göstəricilərinin təhlil edilməsi;
- Xərclərin proqnozlaşdıraraq idarə edilə biləcək büdcə standartlarına uyğunlaşdırılması.
Qrafik dizaynerlərə, mətn müəlliflərinə, sosial media mütəxəssislərinə, layihə menecerlərinə, fotoqraflar və videoqraflara funksional - şəkildə nəzarət edilməsi;
- Qısa və ya uzunmüddətli ehtiyaclara əsaslanan layihələrdə dizaynerlər, mətn müəllifləri və s. ilə əməkdaşlıq edərək istehsal cədvəllərinin qurulması;
- Komanda ilə breyn-storminq sessiyaları keçirilməsi, komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
- Komanda tərəfindən hazırlanmış layihə və kompaniyaların nəzərdən keçirilməsi və təsdiqlənməsi, marketinq hədəflərinə və problemlərinə effektiv şəkildə töhfə verilməsi;
- Mövcud auditoriya üçün mürəkkəb fikirləri çap və rəqəmsal materiallara vizual olaraq çevirilməsi;
- Son konsepsiyaların təqdimatının təşkil edilməsi və ona nəzarət edilməsi, nəticələr üçün təsdiqlərin əldə edilməsi.
Tələblər:
- Agentlik və ya korporativ mühitdə minimum 2 il kreativ direktor olmaq şərti ilə, ümumi 3-5 il iş təcrübə
- Büdcəyə nəzarət edilməsindən, marketinq və reklam kampaniyalarının yaradılmasına qədər iş təcrübəsi;
- Rəqəmsal marketinq, sosial media, mobil telefon və digər bütün marketinq kanallarında məzmun yaratmaq bacarığı;
- Konsepsiya inkişafı ilə bağlı təcrübə;
- Komandaya rəhbərlik etmək bacarığı.
İş haqqında məlumat:
- İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1000-1500 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=101
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...