Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Kredit Anderrayter vəzifəsi üzrə mütəxəssis vakansiyası elan edir. Yüksək səviyyədə Excel bilikləri olmalıdır.
AFB Bank Risklərin idarəedilməsi Strukturu Kredit təhlili üzrə baş mütəxəssis (Kredit Anderrayter ) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Biznes kreditləşməsi və ya oxşar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus və İngilis dili bilikləri;
- Microsoft Office proqramlarında işləmək bacarığı , yüksək səviyyədə Excel bilikləri;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər;
- Maliyyə hesabatlarını təhlil etmə bacarıqları;
- Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Biznes və korporativ kredit müraciətlərinin təhlil edilməsi;
- Kredit risklərinin qiymətləndirilməsi;
- Maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti) təhlili, maliyyə göstəricilərinin çarpaz, trend və nisbət analizi;
- Biznes fəaliyyətləri üzrə bazar araşdırmasının aparılması, maliyyə proqnozlarının hazırlanması;
- Bank sektoru üzrə normativ-hüquqi baza barədə məlumatlı olmaq, Mərkəzi bankın normativ hüquqi aktlarını dərindən bilmək;
- Kredit portfelinin monitorinqi və risklərə qarşı erkən xəbərdarlıq metodlarının qurulması;
- Müştəri xidməti strukturlar ilə iş kommunikasiyaların qurulması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarəedilməsi Strukturu Kredit təhlili üzrə baş mütəxəssis (Kredit Anderrayter)” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...