Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Kredit Anderraytinqi və analitikası üzrə Məhsul sahibi (Product Owner) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumat:
“Kapital Bank” ASC namizədləri “Agile” komandasına Kredit Anderraytinqi və analitikası üzrə Məhsul sahibi (Product Owner) olaraq qoşulmaq üçün müraciət etməyə dəvət edir.
Öhdəliklər:
- Müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi;
- Komanda üzvləri ilə və prosesin digər iştirakçıları ilə bütün riskləri nəzərə alaraq sürətli və səmərəli şəkildə kredit məhsul və proseslərinin hazırlanması;
- Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın ttbiq edilməsi;
- Fəaliyyətini həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazasının (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) bir qismi ilə məlumatlı olmaq;
- Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
- Analitik düşüncə qabiliyyətinə malik olmaq;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq;
- SME və ya korporativ kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;
Tələblər:
- Bank sahəsində minimum 2 il iş təcrübəsi;
- Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə;
- Yüksək səviyyədə analitik bacarıqlar;
- Yaxşı ünsiyyət və nitq bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və rus dili – yaxşı səviyyədə.
CV-lərinizi, mövzu hissəsində “PO- Kredit Anderraytinqi və analitikası” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...