Qısa məzmun
Xalq Bank Şəki – Zaqatala Bölgəsinin Kredit Monitorinqi üzrə Regional Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- 1. Verilən kreditlərin borcalanlar tərəfindən təyinatına uyğun olaraq istifadə edilməsini monitorinq etmək, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
- 2. Verilmiş kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunu və vəziyyətini yoxlamaq, monitorinq etmək, müvafiq hesabat tətbiq etmək;
- 3. Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
- 4. Yuxarıda qeyd edilən monitorinq məqsədləri üzrə ətraf rayonlara səfərlər təşkil etmək;
- 5. Kredit portfelinin filiallar üzrə vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək, bununla bağlı zəruri hesabatlar hazırlamaq;
- 6. Kreditlərin keyfiyyətinin artırılması məqsədilə yeni üsulların tətbiqinə dair təkliflər vermək.
Tələblər
- · Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- · Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi;
- · Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- · Analitik düşüncə;
- · Stressə davamlılıq, komandada işləmə bacarığı;
- · Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...