Kredit mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Kredit müraciətlərinin qəbulu və analizi olunmalıdır.

Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Kredit mütəxəssisi (Bakı, Mərdəkan, Gəncə, Lənkəran )
*Namizəd qeyd olunan regionun sakini olmalıdır

Tələblər:

  • İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
  • Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
  • Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək analitika qabiliyyəti;
  • Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

  • Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kredit mütəxəssisi (ərazinin adı)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.12.2020

Oxşar vakansiya siyahısı:

Mühasib

Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Karvan2002 MMC

17.01.2025 - Bakı

1500 — 2000 ₼
Baş mühasib

ASADZADESANAN MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

15.01.2025 - Bakı

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.01.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

13.01.2025 - Bakı

Xəzinədar əməliyyatçı

GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...

GL ASC

13.01.2025 - Şabran

Xərclər üzrə mühasib (Tikintidə)

Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...

Max Print

10.01.2025 - Bakı

PL/SQL üzrə kiçik mütəxəssis

Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

10.01.2025 - Bakı

“Şəki” filialının Kredit şöbəsinin mütəxəssisi

Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

09.01.2025 - Şəki

Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis

ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

08.01.2025 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.01.2025 - Hacıqabul

Mühasib ( Şəmkir )

Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.01.2025 - Şəmkir

Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

06.01.2025 - Bakı