Qısa məzmun
TBC Kredit Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
- Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
- Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
- Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi vacibdir.
- Kompüter bilikləri:
- Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
- Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.
Əlavə bacarıqlar:
- Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
- Ünsiyyət qura bilmək bacarığı;
- Təşəbbüskarlılıq;
- Stresə davamlılıq.
Xahiş olunur ki, CV-ləri 06 fevral 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim edəsiniz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis). Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...