Qısa məzmun
PASHA Bank Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
İşiniz nədən ibarətdir?
- Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
- Bütün kredit məhsulu seqmentləri üçün qiymətləndirmə modellərinin və risk mühərriklərinin inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi;
- Gündəlik, yarımillik və illik əsasda MHBS-a uyğun olaraq “Kredit Zərərləri Ehtiyatı”nın vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Yerli tənzimləyici qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
- Kredit dövriyyəsi ilə əlaqəli layihələrdə iştirak və risklərin nəticələrinə effektiv inteqrasiyasının təmin edilməsi;
- Bank aktivləri portfelinin və kredit risk profilinin yaxşılaşdırılması üçün analitik yanaşmalardan istifadə;
- Nəzarət limitləri, yuxarı həddləri və əsas risk göstəriciləri kimi etalon ölçülər daxil olmaqla, Risk Tolerantlığına dair baxış bucağının təqdim edilməsi və riskə uyğunlaşdırılmış gəlirləri artırmaq üçün diversifikasiya edilməsinin təmin edilməsi;
- Kredit portfelində yaranan risklər barədə bankın rəhbərliyinə dərhal məlumatın ötürülməsi;
- Maliyyə Hesabatlarında risklərin vaxtında və ehtiyatlı şəkildə əks etdirilməsinin idarəedilməsi;
- Qərar vermə prosesinə inteqrasiya olunmaq üçün proqnozlaşdırıcı, qabaqlayıcı və proaktiv kredit riskinin idarəedilməsi alətlərinin işlənib hazırlanması və davamlılığının təmin edilməsi;
- Mümkün kredit itkilərinin və kredit öhdəliklərinin yerinə yetirilməməsinin qiymətləndirilməsinə cavabdehlik;
- Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsii və risk imkanlarının səviyyəsinin artırılması;
- Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahədə minimum 1-2 il mütəxəssis üçün, baş mütəxəssis üçün 3-4 il
- Xarici dil: İngilis dili (səlis)
- Lisenziya/ Sertifikat: CFA, FRM və maliyyə ilə bağlı sertifikatlar
- Kompüter bilikləri: Microsoft Office (Python, R kimi proqramlaşdırma dillərini bilməsi üstünlükdür)
Digər:
- Bazar haqqında məlumatlı olmaq
- Komanda işi
- Problem həll etmə bacarıqları
- Münaqişəli vəziyyətlərin idarəedilməsi
- Kredit riskləri yarada biləcək nəzəri halların KOS və İri Həcmli bizneslərə tətbiqini həyata keçirmək bacarığının olması, bazar haqqında məlumatlı olmaq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...